“İtlərin əlindən uşaqları məktəbə göndərə bilmirik” - Zabratın dərdi
13 may 2025 11:24 (UTC +04:00)

“İtlərin əlindən uşaqları məktəbə göndərə bilmirik” - Zabratın dərdi

“İt əlindən çölə çıxa bilmirik. Küçə itləri dəfələrlə nəvəmin üstünə cumub. Səhər-səhər uşağı mən avtobus dayanacağına aparıram. Yayda yenə bir çarəsi var, qışda qaranlıqda küçəyə çıxmaq olmur. Nəvəmi it parçalasa mən neyləyəcəm?”.

Lent.az xəbər verir ki, bu sözləri APA TV-nin əməkdaşına Zabrat sakini Ulduzə Ağayeva söyləyib. O, sahibsiz küçə itlərinin çoxluğundan şikayətçidir. Bu problem yalnız Ulduzə xanımı deyil, Zabrat sakinlərinin çoxunu narahat edir. 

Onunla birlikdə digər sakin Rəşid Xəlilov isə bunları deyir: “Nə böyük, nə uşaq çıxa bilmirik çölə. Cumurlar üstümüzə. Uşaqları məktəbə göndərə bilmirik. İtlər azyaşlı uşaqlara hücum edirlər”.                                                                                

TV-nin əməkdaşı mövzu ilə bağlı Sabunçu rayon icra hakimiyyətinə sorğu göndərib: “Qurumdan bildirilib ki, sahibsiz heyvanların sığınacaqlara yerləşdirilməsi "Sahibsiz Heyvanlara Qayğı Mərkəzi" tərəfindən həyata keçirilir. Bununla bağlı sakinlər tərəfindən Rayon İcra Hakimiyyətinə edilən müraciətlərə əsasən müntəzəm olaraq sözügedən mərkəzə məlumat verilir.

Açıqlamadan sonra “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi" ilə əlaqə saxladıq. Onlar isə bildirdilər ki, biz heç bir açıqlama verə bilmərik.

Sakinlər aidiyyəti qurumlardan məsələyə daha ciddi yanaşılmasını və küçələrdə təhlükəsizliyin təmin olunmasını istəyirlər”.

Mövzu ilə bağlı video materialı təqdim edirik:

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 408

Oxşar yazılar