73 yaşlı qadını zorlayıb öldürdü
10 may 2025 15:43 (UTC +04:00)

73 yaşlı qadını zorlayıb öldürdü

Rusiyanın Sankt-Peterburq şəhərində amansız qətl olub.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Narodnoqo Opolçeniya prospektində baş verib. 73 yaşlı qadın burada binanın pilləkən qəfəsində ölü tapılıb.

Çoxlu bədən xəsarətləri olan meyiti mayın 9-da günorta saatlarında qonşusu aşkar edib. İlkin məlumata görə, təqaüdçü zorlamanın qurbanı olub.

Həmin gün hüquq-mühafizə orqanlarının əməkdaşları həmin binanın şübhəli bilinən sakinini saxlayıblar.

Ölümün dəqiq səbəblərini məhkəmə-tibbi ekspertizası müəyyən edəcək. 

Müstəntiqlər hadisənin baş vermə şəraitini və cinayətin mümkün motivlərini aydınlaşdırırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 625

Oxşar yazılar