Uşaqları boyamağın CİDDİ TƏHLÜKƏSİ  – Valideynlərin DİQQƏTİNƏ!
13 may 2025 10:42 (UTC +04:00)

Uşaqları boyamağın CİDDİ TƏHLÜKƏSİ – Valideynlərin DİQQƏTİNƏ!

Valideynlərin bir çoxu qız övladlarının kiçik yaşlardan etibarən gözəl görünməsini istədikləri üçün onlara dırnaq boyası çəkməyi adi hal kimi qəbul edir. Ancaq bu “məsum” gözəllik oyununun arxasında hansı təhlükələrin gizləndiyini çox az adam düşünür.

Lent.az bildirir ki, mütəxəssislərin fikrincə,  dırnaq boyaları, xüsusilə də uşaq orqanizmi üçün nəzərdə tutulmayan, ucuz və keyfiyyətsiz məhsullar tərkibində zərərli kimyəvi maddələr daşıyır. 

Formaldehid, toluen və ftalat kimi maddələr allergik reaksiyalar, tənəffüs problemləri, hətta hormonal sistemdə pozuntular yarada bilər. Bu maddələr isə uşaqların hələ tam formalaşmamış immun sistemlərinə mənfi təsir göstərir.

Pediatrlar düşünür ki, uşaqların dırnağına lak çəkmək onların dərisiylə və selikli qişasıyla təmasda olan maddələrin daha tez sorulmasına səbəb olur. Onlar əllərini tez-tez ağızlarına apardıqları üçün bu maddələr bədənə birbaşa daxil ola bilər.

Estetik baxımdan valideynləri sevindirən bu vərdiş, psixoloji baxımdan da risklidir. Erkən yaşlarda makiyaj və gözəllik anlayışına alışan uşaqlar öz görünüşlərinə həddindən artıq önəm verməyə, özlərini yalnız xarici görünüşlə ifadə etməyə başlaya bilərlər. Bu isə onların özünəinamına, şəxsiyyətlərinin inkişafına və gələcəkdə formalaşacaq dəyərlərinə mənfi təsir edə bilər.

Bəs nə etməli? 

Psixoloqlar valideynləri uşaqlarla bu mövzuda açıq şəkildə danışmağa, onlara sağlamlıq və təbiilik haqqında doğru məlumatlar verməyə çağırırlar. Uşaqlar üçün xüsusi olaraq hazırlanmış, toksik olmayan dırnaq lakları mövcuddur, lakin onlardan da yalnız xüsusi günlərdə və məhdud şəkildə istifadə etmək tövsiyə olunur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 692

Oxşar yazılar