Raziyə İsayeva Xəzər Universitetinin rektoru təyin edilib.
Bu barədə Lent.az-a universitetin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, o, əvvəllər İqtisadiyyat və menecment fakültəsinin dekanı vəzifəsində çalışıb. Məlumata görə, Raziyə İsayeva həm də Xəzər Universitetinin məzunudur.