Rusiyanın Moskva şəhərinin Solntsevo rayonunda Naro-Fominskaya küçəsindəki hostellərdən birində miqrantların yoxlanılması üçün genişmiqyaslı reyd keçirilib.
Lent.az yerli mediaya istinadla xəbər verir ki, yoxlamaya səbəb qeyri-qanuni miqrasiyanın mümkün təşkili barədə daxil olan məlumat olub.
Hüquq-mühafizə orqanlarının əməkdaşları yataqxananın ərazisində 120 əcnəbi vətəndaş aşkar ediblər. Onların hamısı sənəd yoxlamasından keçməli və Rusiyada olmalarının qanuniliyini yoxlamalı olacaqlar.
Rusiya Milli Qvardiyası açqılayıb ki, saxlanılan şəxslər statuslarını müəyyən etmək üçün polis şöbələrinə aparılıb. Onların Moskvada və regionda törədilmiş cinayətlərdə mümkün əli olub-olmaması da yoxlanılacaq.
İstintaqın nəticələrinə əsasən, saxlanılan şəxslərin ölkədə qalmasının davam etdirilməsi ilə bağlı qərar veriləcək.