Pişiklər  niyə səssiz xəstələnir?
03 sentyabr 2025 09:23 (UTC +04:00)

Pişiklər niyə səssiz xəstələnir?

0

Pişiklər nadir hallarda özlərini pis hiss etdiklərini göstərirlər, lakin davranışdakı dəyişiklikləri vaxtında görmək, sevimli dostunuzu əzabdan qurtara bilər.

Lent.az bu mövzu ilə bağlı məlumatları təqdim edir:

Necə anlamaq olar ki, pişik xəstələnib?

Pişiklər təbiətcə çox təmkinli canlılardır. Onlar nadir hallarda ağrı və ya narahatlıqlarını büruzə verirlər, çünki vəhşi təbiətdə zəiflik təhlükə deməkdir. Məhz buna görə ev pişikləri uzun müddət xəstə ola bilər, amma sahibi bunu hiss etməz. Lakin xırda detallara diqqət etmək problemi vaxtında görməyə və tüklü dostun sağlamlığını qorumağa kömək edər.

Pişiyin özünü pis hiss etdiyini göstərən əlamətlər

İştah dəyişikliyi. Əgər pişiyiniz qəfil yeməkdən imtina edirsə və ya əksinə, normadan çox yeyirsə bu, narahatlıq siqnalıdır. Mədə, diş və ya daha ciddi xəstəliklər çox vaxt iştahdan başlayır.

Passivlik və ya aqressiya. Daim yatmaq, oyundan qaçmaq və ya səbəbsiz aqressiv olmaq ağrı hiss etdiyinə işarə edə bilər. Xarakterdə belə dəyişiklik xəstəliyin vacib göstəricisidir.

Tük vəziyyəti. Sağlam pişiyin tükləri parlaq və hamardır. Əgər onlar qarışıq, tutqun və ya tökülmüş vəziyyətdədirsə, bu, daxili problemlərin xəbərçisidir.

Tualet vərdişlərində dəyişiklik. Qan izləri, çox tez-tez və ya əksinə, az-az tualetə getmək, habelə ümumiyyətlə lənbərdən imtina etmək təcili baytar həkiminə müraciət etməyi tələb edən təhlükəli əlamətlərdir.

Nəfəs və səslər. Güclü səsli nəfəsalma, fitvari nəfəs və ya yuxuda qəribə səslər bunlar tənəffüs sistemi və ya ürək problemlərinə işarə edə bilər.

Baxış və davranış. Pşiiklər gözləri ilə də “danışa” bilirlər. Əgər gözlər yarıbağlı, bulanıq və ya həddindən artıq sulanırsa – bu da təhlükə əlamətidir. Həmçinin pişiyiniz gizlənirsə, qaranlıq yerlər axtarırsa və ya sahibinə reaksiya vermirsə, diqqətli olmaq lazımdır.

Sahib nə etməlidir?

Heç vaxt pişiyi özbaşına müalicə etməyin – insan dərmanları pişiklər üçün təhlükəlidir. İlk əlamətlər göründükdə dərhal baytara müraciət edin. Daimi profilaktik müayinələr ciddi problemlərin qarşısını almağa kömək edir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 332

Oxşar yazılar