Tanınmışların məzarını qarət edən dəstə tutuldu
03 sentyabr 2025 17:14 (UTC +04:00)

Tanınmışların məzarını qarət edən dəstə tutuldu

0

Çində bir kişi qədim qəbirlərdən 20 relikviya oğurlayaraq həbsxanaya düşüb.

Lent.az bu barədə xarici mediaya istinadla xəbər verir.

İstintaqın məlumatına görə, soyadı Yuy olan kişi Çində çox populyar olan “qara qazıntıçı” adlanan şəxslər haqqında romanları hər gün oxuyurdu. Zamanla bədii hekayələr ona kifayət etmədi. O, kitablardakı faktları tarixi qeydlərlə yoxlamağa başladı, sülalələri və qədim qəbirlərin memarlığını öyrəndi. Onu ədəbiyyatda təsvir olunan “mistik texnikalar” cəlb edirdi.

Cinayətə təkan verən hadisə telefonuna gələn yeni arxeoloji kəşf barədə bildiriş oldu. Bildirişdə Guo qədim qəbirləri rayonunda tapılan abidədən bəhs edilirdi. Bu mədəni irs abidəsi 20 ildən çox əvvəl yol tikintisi zamanı aşkar olunmuşdu. Orada çoxlu sayda bürünc və nefrit əşyalarının tapılması çinlini həyəcanlandırmışdı.  

Yuy üç nəfərdən ibarət komanda topladı. Onlar 14 gün ərzində ərazini araşdırdılar və nəhayət, qəbir girişini tapdılar. İki gecə ərzində qrup eramızdan əvvəl 771-ci ilə aid 20 bürünc artefaktı torpaqdan çıxardı. Onların bir hissəsi milli səviyyədə qiymətli hesab olundu. Doqquz relikviya birinci kateqoriyalı mədəni dəyərlər kimi tanındı.

Tez qazanc əldə etmək istəyən Yuy və onun köməkçiləri Li soyadlı vasitəçiyə müraciət etdilər. O, varlı alıcı tapmalı idi. Polis əməkdaşları özlərini kolleksiyaçı kimi təqdim edərək relikviyaları 560 min dollara almağa razılaşdılar. Əşyaların təhvil verilməsi anında bütün iştirakçılar saxlanıldı.

Nəticədə, Yuy və köməkçiləri məhkəmə tərəfindən 10 il həbs cəzasına və 10 min dollar cəriməyə məhkum edildilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 462

Oxşar yazılar