"Real"ın keçmiş futbolçusu  "Bayer"in baş məşqçisi  ola bilər
03 sentyabr 2025 13:05 (UTC +04:00)

"Real"ın keçmiş futbolçusu "Bayer"in baş məşqçisi ola bilər

0

"Real"ın sabiq futbolçusu, əvvəllər Los Blankosun gənclər komandasının baş məşqçisi olmuş Raul Qonzales "Bayer Leverkuzen"i çalışdıra bilər.

Lent.az xəbər verir ki, Qonzales Leverkuzen klubunun rəhbərliyi tərəfindən mümkün məşqçilər siyahısına daxil edilib.

Qonzalesdən başqa, namizədlər siyahısında daha iki mütəxəssis var: Dortmund "Borussiya"sının baş məşqçisi Edin Terziç və "Leypsiq"in sabiq çalışdırıcısı Marko Rouz.

Xatırladaq ki, bu ilin mayından "Bayer"i çalışdıran hollandiyalı mütəxəssis Erik ten Haqın Bundesliqanın iki turundan sonra klubdan qovulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 342

Oxşar yazılar