"Monterrey"in müdafiəçisi Serxio Ramos hədəflərini açıqlayıb.
Lent.az xəbər verir ki, o, məşqçi kimi "Qremmi", sonra isə Çempionlar Liqasını qazanmağa ümid etdiyini etiraf edib:
"Mən optimistəm. İnsanlara həmişə xəyal qurmağı tövsiyə edirəm. Mən özümü hər ikisində görürəm: həm məşqçi kimi Çempionlar Liqasını, həm də yaxın bir neçə ildə, hətta ondan əvvəl də Qremmi qazanmaq. Həyatımın bu mərhələsində musiqi oxumaq, təcrübələrimi insanlarla bölüşmək istəyirəm. Növbəti beş-yeddi ildə mən özümü daha çox musiqi ilə məşğul olduğumu görürəm, çünki musiqi mənə yazmağa və evdə qalmağa imkan verir... ailəmlə vaxt keçirməyə imkan verir".
Avqustun sonunda 39 yaşlı Ramos Madriddə “Real” azarkeşlərinin klubun qələbələrini qeyd etdikləri fəvvarənin şərəfinə "Cibeles" adlı ilk trekini elan edib.