Xaçmaz rayonunda, Xaçmaz-Qımılqışlaq kənd yolunda 52 yaşlı kişinin meyiti tapılıb.
Lent.az APA-ya istinadla xəbər verir ki, meyiti tapılan şəxsin Köhnə-Xaçmaz kənd sakini, 52 yaşlı Zahir Qəribov olduğu müəyyənləşib. Onun naməlum avtomobillə vurulduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.