Azərbaycanda 10 mindən çox abonentin qazı kəsiləcək
03 sentyabr 2025 09:35 (UTC +04:00)

Azərbaycanda 10 mindən çox abonentin qazı kəsiləcək

0

Bu gün Xaçmaz rayonunun bir sıra yaşayış məntəqələrində qaz olmayacaq.

Lent.az "Azəriqaz"a istinadən xəbər verir ki, Xaçmaz xidmət sahəsinin Xudat Qazpaylayıcı stansiyasından qidalanan Xudat şəhəri istiqamətində istismarda olan PE 315 mm-lik yeraltı orta təzyiqli qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması ilə əlaqədar 03.09.2025-ci il tarixdə saat 09:30-dan etibarən işlər yekunlaşanadək qaz təchizatının daxildən dayandırılması planlaşdırılıb.

Məlumata görə, qaz təchizatı dayandırılan müddətdə 1 şəhər, 1 qəsəbə və 26 kənd olmaqla ümumilikdə 10 190 abonentin qaz təchizatında fasilə yaranacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 434

Oxşar yazılar