Paytaxtın Sabunçu rayonunda vətəndaşa məxsus 4300 nağd pul və 5000 manat dəyərində dekorativ metal avadanlıqlar oğurlanıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, bu barədə zərərçəkmiş şəxslər polisə məlumat veriblər.
Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən 31 yaşlı R.Məmmədov və 50 yaşlı V.Mustafayev saxlanılıblar.
Araşdırma aparılır.