Masallıda 17 min ev qazsız qalacaq
03 sentyabr 2025 11:23 (UTC +04:00)

Masallıda 17 min ev qazsız qalacaq

0

Masallıda 17 300-ə yaxın abonent və sənaye obyektinin qaz verilişində fasilə yaranacaq.

Lent.az xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, Masallı rayon ərazisində qaz xəttinin üzərində quraşdırılmış baypas xəttində aparılan növbədənkənar yoxlama zamanı aşkar edilmiş qaz sızmasının aradan qaldırılması məqsədilə sabah saat 10:00-dan işlər başa çatana qədər Masallı şəhəri, Qızılavar, Kosakül, Allahyarlı, Musaküçə, Səmidxan-2, Gəyəçöl, Lürən, Sərçuvar, Təzəkənd, Sirəbil, Öncəqala, Hüseynhacılı, Xıl, Seybətin, İsgəndərli kəndlərinin və Ərkivan qəsəbəsinin qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.

"Bu müddətdə ümumilikdə 17 300-ə yaxın abonent və sənaye obyektinin qaz verilişində fasilə yaranacaq", - deyə məlumatda qeyd edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 520

Oxşar yazılar