Kosmonavta aşiq olan qadın onun üçün 1 milyona oksigen aldı
02 sentyabr 2025 21:32 (UTC +04:00)

Kosmonavta aşiq olan qadın onun üçün 1 milyona oksigen aldı

0

Yaponiyanın şimalındakı Hokkaydo adasında yaşayan bir qadın özünü kosmonavt kimi təqdim edən bir dələduzun qurbanı olub.

Lent.az xəbər verir ki, kişi qadına yalandan kosmik gəmidə oksigen alacağını deyərək aldadıb.

Qadın fırıldaqçı ilə iyul ayında sosial şəbəkədə tanış olub. Bir neçə söhbətdən sonra fırıldaqçı yaşlı qadına hazırda kosmosda, kosmik gəmidə olduğunu, lakin hücum altında olduğunu və oksigenə ehtiyacı olduğunu deyib.

Daha sonra fırıldaqçı qadından oksigen almasına kömək etmək üçün onlayn ödəməsini istəyib və onun təxminən 1 milyon yen (6700 dollar) göndərməsini təşkil edib.

Beləliklə qadın internet vasitəsilə tanış olub danışdığı fırıldaqçıya aşiq olduğu üçün onun qurbanına çevrilib.

Dünya Bankının məlumatına görə, Yaponiya Monakodan sonra dünyanın ən yaşlı ikinci əhalisinə sahibdir və yaşlı insanlar tez-tez müxtəlif növ fırıldaqların qurbanı olurlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 494

Oxşar yazılar