Niyə bükülmüş qapaqlı bankaları tərs çevirmək olmaz?
03 sentyabr 2025 14:32 (UTC +04:00)

Niyə bükülmüş qapaqlı bankaları tərs çevirmək olmaz?

0

Konservləşdirmədən sonra bütün bankaları çevirmək olmaz. Əgər banka açarı (klassik dəmir açar) ilə qapatmısınızsa bu üsul hermetikliyi yoxlamağa kömək edir. Amma əgər qapaqlar əllə bərkidilirsə, bankanı çevirmək yalnız məhsulun korlanma riskini artırır.

Lent.az bu səbəbləri təqdim edir:

Niyə burma qapaqlı bankaları çevirmək olmaz

Hər evdar qadının öz konservləşdirmə sirləri var. Kimisi bankaları bağladıqdan sonra yorğanın altına qoyur, kimisi isə mütləq baş-ayaq çevirir. Amma bilmək vacibdir: bütün hazırlıqları eyni şəkildə soyutmaq olmaz. Əgər bankalar açarla qapatılıbsa, həqiqətən də onları hermetikliyi yoxlamaq üçün çevirirlər. Lakin burma qapaqlı bankalarda bu üsul ciddi səhv ola bilər.

Səbəblər:

Kifayət qədər vakuumun olmaması. Əllə bərkidilən qapaq, açarla bağlanan qədər sıx hermetiklik yaratmır. Banka çevriləndə qapaq hava buraxa bilər. Marinad və ya duzlu suyun sızma riski. İsti məhlul təzyiq altında qapağın dişlərindən çıxa bilər və içəridə hava ilə bakteriyalara yer qalar. Məhsulun tez xarab olması. Hermetiklik pozulanda maye qıcqırır, kif yaranır və xoşagəlməz qoxu əmələ gəlir.

Niyə açarla qapatılmış bankaları çevirmək olar?

Açarla bağlanan bankalarda qapaq boğaz hissəyə daha möhkəm oturur. Çevrilmiş vəziyyətdə hermetikliyi yoxlamaq olur: əgər heç nə sızmırsa, deməli hazırlıq uğurludur. Bu üsul həmçinin bankaların bərabər soyumasına və təbii yolla vakuum yaranmasına şərait yaradır. Burma qapaqlı bankaları necə düzgün soyutmaq olar. Qapaqları bərkidəndən sonra bankaları şaquli vəziyyətdə qoyun. Onların üzərini isti dəsmal və ya yorğanla örtün ki, tədricən soyusun. Bankalara tam soyuyana qədər toxunmayın. Hermetikliyi yoxlamaq üçün qapağa yüngül basmaq kifayətdir: əgər qapaq içəriyə çəkilibsə və səs çıxarmırsa deməli, hər şey qaydasındadır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 390

Oxşar yazılar