Pomidorları belə marinad etsək qabığı çatlamaz
21 avqust 2025 15:56 (UTC +04:00)

Pomidorları belə marinad etsək qabığı çatlamaz

Marinad zamanı pomidor qabığının çatlaması onların həm dadını, həm də görünüşünü korlayır, üstəlik, saxlanma müddətini azaldır. Təcrübəli evdar qadınlar bu problemin qarşısını almağın sirlərini açıqlayıblar.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, ilk növbədə düzgün pomidor seçilməlidir, orta ölçülü, bərk, zədəsiz, sümüklü və kiçik dairəvi sortlar uzun müddət formasını qoruyur.

Əsas səbəblərdən biri temperatur fərqidir. Soyuducudan çıxan pomidorların üzərinə qaynar su töküldükdə qabıq partlayır. Buna görə də meyvələri marinovkadan ən azı 3 saat əvvəl otaq temperaturunda saxlamaq lazımdır. Daha etibarlı üsul isə “üçqat doldurma”dır: əvvəlcə pomidorları 70°C isti su ilə 7 dəqiqə saxlayın, sonra 85°C-lik su əlavə edin, yalnız bundan sonra qaynar marinad tökün. Bu, qabığın adaptasiyasını təmin edir və çatlama riskini minimuma endirir.

Sadə bir üsul da var. Pomidorun saplaq yerindən diş çöpü ilə kiçik deşik açmaq. Bu, içəridəki təzyiqi azaldır və qabığın bütöv qalmasına kömək edir. Marinadda isə dərhal çoxlu sirkə istifadə etmək olmaz. Turşuluğu yalnız meyvələr isinəndən sonra əlavə etmək lazımdır.

Bankaların sterilizasiyası üçün emallı qazanlardan istifadə məsləhətdir, çünki metal qablar çox sürətlə qızır və kəskin temperatur fərqi yarada bilər.

Bu qaydalarla hazırlanan marinadlı pomidorların qabığı bütöv, elastik olur və uzun müddət dadını itirmədən saxlanılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 362

Oxşar yazılar