Şəmkirdə iki maşın   toqquşdu: Ölən var  - YENİLƏNİB
24 fevral 2026 21:12 (UTC +04:00)

Şəmkirdə iki maşın toqquşdu: Ölən var - YENİLƏNİB

0

24.02.2026-cı il tarixində saat 17:10 radələrində Şəmkir rayon ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 5 nəfər (2-i kişi, 3-ü qadın) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Lent.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna Şəmkir Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.

Pasiyentlərə ilkin tibbi yardım göstərilib, zəruri instrumental və laborator müayinələr aparılıb. Hazırda müalicələri Cərrahiyyə şöbəsində davam etdirilir.

Aparılan reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq 1953-cü il təvəllüdlü şəxsin (kişi) bioloji ölüm faktı qeydə alınıb.

Digər pasiyentlərin vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

***

19:52

Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Şəmkir-Gədəbəy yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ2106" ilə "Mitsubishi" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı Gədəbəy rayon sakinləri; 2006-cı il təvəllüdlü K. Səlimov, 1988-ci il təvəllüdlü A. Vəliyeva, 1960-cı il təvəllüdlü N. Səlimova və Şəmkir rayon sakini 1959-cu il təvəllüdlü T. Qocayeva xəsarət alaraq xəstəxanaya yerləşdirilib. 73 yaşlı yaralı F. Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 476

Oxşar yazılar