Cəlilabadda qadın itkin düşüb.
Lent.az xəbər verir ki, rayon sakini 26 yaşlı Mətanət Hüseynova fevral ayının 9-da rayonun Sərhədabad kəndində yaşadığı evdən çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.
Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102” Xidməti Zəng Mərkəzinə, həmçinin (+994)55-248-17-33 mobil nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.
DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a bildirilib ki, itkin düşməsi ilə bağlı daxil olmuş məlumat üzrə həmin şəxs axtarışa elan edilib. Hazırda onun tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.