“Eli Lilly” şirkətinin yeni arıqlama dərmanı Foundayo (orforqlipron) Böyük Britaniyada satışa çıxarılıb.
Lent.az xəbər verir ki, preparat şirkətin Mounjaro kimi tanınan dərmanlarından fərqli olaraq həb formasındadır və gündə bir dəfə qəbul edilir.
Böyük Britaniya bu preparatı həm çəkiyə nəzarət, həm də 2-ci tip diabetin müalicəsi üçün təsdiqləyən Avropada ilk ölkə olub.
Dərman artıq Britaniyada apteklərdə resept əsasında təqdim olunur, lakin hazırda ölkənin dövlət səhiyyə sistemi NHS vasitəsilə əldə edilmir.
Klinik sınaqlarda preparatın ən yüksək dozasını qəbul edən iştirakçılarda 72 həftə ərzində orta hesabla bədən çəkisinin təxminən 12%-i qədər azalma qeydə alınıb.
Foundayonun əsas üstünlüklərindən biri onun qida və su ilə bağlı xüsusi qəbul məhdudiyyətlərinin olmamasıdır.
Preparat GLP-1 reseptorlarını aktivləşdirərək iştahanın azalmasına və qan şəkərinin tənzimlənməsinə kömək edir.