Gəncədə evdən meyit tapılıb.
Lent.az-ın xəbərinə görə, hadisə şəhər ərazisində qeydə alınıb.
Şəhər sakini olan yaşlı qadının meyiti yaşadığı evdə aşkarlanıb. Məlumatına görə qadın tək yaşayırmış.
Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertizanın Potoloji Anatomiya Birliyi Publik Hüquqi Şəxsin Gəncə şəhər şöbəsinə təhvil verilib.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Fuad Nazimoğlu