Xəbərə qəzada ölən gənclərin fotoları əlavə edilib

***
saat 23:27
Goranboyda üç avtomobilin toqquşması nəticəsində iki nəfərin öldüyü, bir neçə nəfərin xəsarət aldığı məlum olub.
Lent.az APA-ya istinadən xəbər verir ki, “Mercedes”, VAZ-2107 və “Prado” markalı avtomobillərin toqquşması nəticəsində “Mercedes” yanıb.
Hadisə yerinə FHN əməkdaşları cəlb olunub və yanğın qısa müddətdə söndürülüb.
Qəza zamanı 2003-cü il təvəllüdlü X.Ələkbərov və 2004-cü il təvəllüdlü A.İbrahimov ölüb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
***
Goranboy-Naftalan yolunda baş verən zəncirvari yol qəzasında ölənlərin sayı iki nəfərə çatıb.
Lent.az xəbər verir ki, bu barədə APA məlumat yayıb.
***
20:44
Goranboy-Naftalan yolunda “Prado”, “Mercedes” və VAZ-2107 markalı avtomobillərin toqquşması nəticəsində ölən və xəsarət alanların olduğu bildirilir.
Lent.az APA-ya istinadən xəbər verir ki, qəzanın zəncirvari olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.