Goyçayda yol qəzasında yaralanan sürücü bu gün vəfat edib.
Lent.az xəbər verir ki, hadisə fevralın 22-də qeydə alınıb.
"Toyota", "VAZ-2106" və "VAZ-2107" markalı avtomobillər toqquşub Nəticədə Göyçayın Ləkçıplak kənd sakini 22 yaşlı Şamil Yusifov xəsarət alaraq, xəstəxanaya yerləşdirilib. Lakin görülən tədbirlərə baxmayaraq o, bu gün səhər saat 6 radələrində xəstəxanada vəfat edib.
DİN-in Şəki regional qrupundan Lent.az-a bildirilib ki, baş verən yol nəqliyyat hadisəsi ilə əlaqədar Göyçay Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.
