Televiziyaların "qiymət cədvəli": pulla efirə çıxanlar…
24 fevral 2026 17:42 (UTC +04:00)

Televiziyaların "qiymət cədvəli": pulla efirə çıxanlar…

0

Azərbaycan teleməkanında son illərin ən "populyar" janrı “ödənişli efir mədəniyyətidir”. Tamaşaçının zövqünü korlayan, musiqi duyumunu iflic edən bayağı müğənnilərin hər gün evimizə "qonaq" gəlməsinin arxasında istedad yox, rəngli əskinasların xışıltısı dayanır.

Son günlər baş verən “televiziya” qalmaqalında aparıcılar, müğənnilər özləri bunu açıq şəkildə etiraf etdilər.

Bu müğənnilərdən pulu kim alır? Prodüserlər və "layihə rəhbərləri" bir çox hallarda müğənni ilə kanal rəhbərliyi arasında “maklerlik” edən, "paket təkliflər” hazırlayan şəxslərdir. 

Bu gün efirlərdə gördüyümüz bəzi "ulduzlar", əslində, sənətçi deyil, “məşuqlarının”, “onu sevən bir dinləyicinin” sponsorluq etdiyi “oxuyançılardır”. Oxuduqları 3-4 dəqiqənin yarısından çoxunu arxası kameraya tərəf dayanırlar - kürəklərini xalqa söykədiklərini, xalq sevgisindən ilhamlandıqlarını bildirmək üçün!!!

Veriliş rəhbərləri "xalq buna baxır" deyib özlərinə bəraət qazandırırlar. Xeyr, xalq ona təqdim olunanı istehlak edir. Siz efirlərə pul aldığınız toyxana xuliqanlarını gətirəndə zövqlər, əlbəttə, korlanacaq. Efirdə sənətkar yox, müştəri oturanda televiziyanın adı “mavi ekran” yox, “vitrin” olur. İnsanlar artıq musiqini keyfiyyətinə görə deyil, kimin daha çox “parıldadığına”, kimin daha baha maşınla efirə gəldiyinə görə qiymətləndirir. 

Onlar üçün izləyici, Azərbaycan mədəniyyəti, tamaşaçı zövqü heç bir mahiyyət daşımır. Tək önəmli olan cibləri və reytinqdir...


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 360

Oxşar yazılar