İspaniya klubu ard-arda məğlubiyyətlərə görə baş məşqçini QOVDU
24 fevral 2026 13:32 (UTC +04:00)

İspaniya klubu ard-arda məğlubiyyətlərə görə baş məşqçini QOVDU

0

İspaniyanın “Malyorka” klubunun baş məşqçisi 47 yaşlı Xaqoba Arrasate vəzifəsindən azad edilib.

Lent.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yayılıb.:

“Klub təsdiqləyir ki, Xaqoba Arrasate Malyorkanın baş məşqçisi vəzifəsindən azad olunub. Qərar liqadakı mövcud vəziyyət və komandanın nəticələrinin hərtərəfli təhlilindən sonra qəbul edilib və mövsümün qarşıdakı sınaqları ərəfəsində yeni yanaşmanın tətbiqi istəyini əks etdirir. Klub Xaqobaya və onun məşqçilər heyətinə adadakı fəaliyyəti dövründə göstərdikləri zəhmətə, sədaqətə və peşəkarlığa görə təşəkkür edərək gələcək fəaliyyətlərində onlara ən xoş arzularını bildirir”.

İspaniya çempionatında 25 oyundan sonra “Malyorka” 24 xal toplayaraq turnir cədvəlində 18-ci yeri tutur. Komanda üç oyundur ardıcıl məğlubiyyət alır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 266

Oxşar yazılar