Dubaydan Bakıya 10 qızıl külçə  gətirən saxlanıldı
03 sentyabr 2025 10:46 (UTC +04:00)

Dubaydan Bakıya 10 qızıl külçə gətirən saxlanıldı

0

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi gömrük nəzarət tədbirləri nəticəsində qızıl külçələrin qanunsuz şəkildə gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb.

Bu barədə Lent.az-a Dövlət Gömrük Komitəsindən bildirilib.

Məlumata görə, Dubay-Bakı aviareysi ilə gələn ölkə vətəndaşı şəxsi yoxlamaya cəlb olunub və onun üzərindən gömrük nəzarətindən gizlədilən ümumi çəkisi 712 qram olan 10 ədəd “Pamp” markalı qızıl külçə aşkar edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 602

Oxşar yazılar