Merilin Monro  öldürülüb?   - Dəhşətli İDDİA
13 may 2025 13:30 (UTC +04:00)

Merilin Monro öldürülüb? - Dəhşətli İDDİA

Cennifer Lopezin uzun illərdir birlikdə çalışdığı prodüser və ssenarist Elain Qoldsmit-Thomas, ilk romanı “Climbing in Heels” ilə Hollivudun bilinməyən tərəflərindən bəhs edib. 

Lent.az xarici mediaya istinadən bildirir ki,  Qoldsmit-Thomas 1980-ci illərdə yaşadığı qorxulu bir hadisəni danışıb və Merilin Monronun ölümü ilə bağlı sarsıdıcı bir iddia irəli sürüb.

Gənclik illərində “Villiam Morris” Agentliyində işlədiyi vaxtlarda yaşlı bir kişinin ofisə gəldiyini xatırladan yazar, həmin şəxsin ona belə dediyini bildirib:

“Merilini öldürdülər. Mən istəmədim. Onu sevirdim. O, mənə “Əmi Milton” deyirdi. Amma vəziyyət nəzarətdən çıxırdı... bu səbəbdən öldürdülər”. 

Bu sözlərlə şoka düşdüyünü deyən Qoldsmit-Thomas, daha sonra bu şəxsin Frank Sinatra, Sammi Davis Jr. və Kennedy ailəsi ilə yaxın münasibətləri olan Peter Laufordun meneceri Milt Ebbins olduğunu öyrəndiyini bildirib.

Milt Ebbins bir zamanlar Hollivudda olduqca tanınmış bir şəxs idi və sənaye dünyasının ən dərin sirlərini bilən fiqurlardan biri kimi tanınırdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 538

Oxşar yazılar