Yaşlı insanların  pişik saxlaması   TƏHLÜKƏLİDİR - SƏBƏB
13 may 2025 17:17 (UTC +04:00)

Yaşlı insanların pişik saxlaması TƏHLÜKƏLİDİR - SƏBƏB

Mütəxəssislər sübut ediblər ki, 65 yaşdan yuxarı insanlar üçün evdə pişik saxlamaq təhlükəli ola bilər. Yaş artdıqca bir çox insanlar ev heyvanı saxlamaq istəyir və əksər hallarda seçim pişiklərə yönəlir.

Sakit, mehriban və uzun gəzintiyə ehtiyac duymayan bu tüklü dostlar həqiqətən də narahatlığı azaltmağa, emosional rahatlığı qorumağa və tənhalıq hissindən azad olmağa kömək edirlər.

Lent.az pişik saxlamğın yaşlı insanlar üçün zərərlərindən bəhs edir:

Alimlərin araşdırmasının nəticələri

ABŞ və İspaniyadan olan mütəxəssislərin apardığı araşdırma narahatedici tendensiyanı üzə çıxarıb. Alimlər 600 yaşlı insanın qanını təhlil ediblər və onların təxminən 66 faizinin toksoplazma ilə yoluxduğunu müəyyən ediblər.

Bu parazit pişiklərin orqanizmində yaşayır. Toksoplazma pişiklərin bağırsağında mövcuddur və məsələn, pişik tualetini təmizləyərkən insan orqanizminə keçə bilər. Digər yol - bağda gəzmiş yoluxmuş pişiyin ifrazatının düşdüyü, yaxşı yuyulmamış tərəvəzlərdir. Həmçinin çiy və ya yaxşı bişməmiş ət (xüsusilə donuz əti) də yoluxma mənbəyidir.

Güclü immun sisteminə malik insanlar üçün toksoplazmoz adətən ciddi təhlükə yaratmır və özünü zəif simptomlarla büruzə verir (əzələ ağrısı, limfa düyünlərinin böyüməsi, soyuqdəyməyə bənzər vəziyyət). Amma yaşlı insanlar üçün vəziyyət tam fərqlidir - onların orqanizmi parazitlərlə mübarizədə artıq o qədər effektiv deyil və infeksiya daha sürətlə inkişaf edə bilər.

Toksoplazmanın riskləri yaşlılar üçün

Kolorado Universiteti, Merilend Universiteti və La Korunya Universitetinin alimləri qeyd edirlər ki, yaşlı insanlarda toksoplazma:

Əzələ zəifliyi,

Hərəkət koordinasiyasının azalması,

Yıxılma, dartınma və sınıq riskinin artması kimi fiziki zəifliklərə səbəb ola bilər.

Amma bu, hələ hamısı deyil. Toksoplazmozun psixoemosional vəziyyətlə əlaqəsi də aşkarlanıb. Yoluxmuş insanlarda:

Davranış dəyişikliyi,

İmpulsiv hərəkətlərə meyl,

Psixi xəstəliklərin (o cümlədən şizofreniyanın) yaranma riski,

Hətta intihar düşüncələrinin artması müşahidə olunub.

Pişik sahibləri üçün vacib tövsiyələr:

– Pişik tualetini hər gün dəyişin və təmizlədikdən sonra əllərinizi yaxşı yuyun.

– Tərəvəz və meyvələri yeməzdən əvvəl mütləq yuyun — xüsusilə bağdan gələnləri.

– Çiy ət, xüsusən də donuz ətindən uzaq durun.

– Yaşlı insanlara pişik tualeti ilə minimum təmasda olmaq, həmçinin küçədən gətirilmiş heyvanları evə almamaq tövsiyə olunur.

Pişiklər hər yaşda sədaqətli və faydalı yoldaş ola bilərlər - əsas odur ki, gigiyenik qaydalara və təhlükəsizlik tədbirlərinə əməl olunsun, beləliklə tüklü dost sağlamlıq üçün görünməz təhlükəyə çevrilməz.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 448

Oxşar yazılar