Rusiyanın Saxalin vilayətində sərxoş kişi qətl törədib.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Korsakov şəhərində “Beer Paradise” içki müəssisəsinin yaxınlığında baş verib. Spirtli içkidən sərxoş vəziyyətdə olan 22 yaşlı gənc qanlı qətliam törədib.
Münaqişə dava ilə başlayıb və 5 nəfərin bıçaqlanması ilə nəticələnib. Bundan sonra cinayətkar maşının sükanı arxasına keçərək 34 yaşlı kişinin üzərinə sürüb və o, yerindəcə dünyasını dəyişib - mərhumun cəsədi maşının təkərləri altında qalıb. 22 yaşlı gənc sonra cinayət yerindən qaçıb.
Dörd zərərçəkən həkimə müraciət edib. Şübhəli şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı adam öldürmə maddəsi ilə cinayət işi açılıb.