Mayın 13-ü saat 18:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a bildirilib ki, Şahbuz, Ordubad, Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Naftalan, Goranboy, Tərtər, Zaqatala, Balakən, Bərdə, Mingəçevir, Şəki, Qax və Qubada leysan yağır.
Zaqatalada qərb küləyinin sürəti arabir 17 m/s-dək güclənib.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında, eyni zamanda Naxçıvan MR-da 24, Aran rayonlarında 25, dağlıq rayonlarda 20 dərəcəyədək isti qeydə alınıb.