Yeni hərbi prokuror  kimdir? - DOSYE
13 may 2025 17:09 (UTC +04:00)

Yeni hərbi prokuror kimdir? - DOSYE

Bəhruz Vidadi oğlu Əhmədov Azərbaycan baş prokurorunun müavini – Azərbaycanın hərbi prokuroru təyin edilib. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Lent.az Bəhruz Əhmədovun bioqrafiyasını təqdim edir.

Bəhruz Əhmədov 1984-cü il iyulun 4-də anadan olub. Bakı Dövlət Üniversitetinin hüquq fakültəsini bitirib. Əslən Neftçala rayonundandır.

Bəhruz Əhmədov hüquq-mühafizə və hərbi sahədə uzun illər səmərəli fəaliyyət göstərib. O, Azərbaycan Hərbi Prokurorluğunun peşəkar və təcrübəli kadrlarından biri kimi tanınır.

Əmək fəaliyyətinə prokurorluq orqanlarında başlamış Bəhruz Əhmədov bir sıra məsul vəzifələrdə çalışıb, o cümlədən Qazax rayonunun Hərbi prokuroru və Hərbi Prokurorluğun İstintaq İdarəsinin rəisi vəzifəsində fəaliyyət göstərib.

Qeyd edək ki, o, "Vətən uğrunda" medalı ilə təltif edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 964

Oxşar yazılar