Tatarıstanın Kazan şəhəri yaxınlığında 14 yaşlı məktəbli qız öz anasını bıçaqlayaraq öldürüb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, qız 40 yaşlı qadına boyun və mədə nahiyəsindən bir neçə bıçaq xəsarəti yetirib. Nəticədə zərərçəkən yerindəcə dünyasını dəyişib.
Yeniyetmə dərhal cinayətini etiraf edib və qətllə bağlı cinayət işi açılıb.
Qızın atası gözəllik salonları şəbəkəsinin sahibidir və o, Kazan universitetində nüfuzlu liseydə oxuyub.
Araşdırma aparılır.