Mayın 13-də saat 10 radələrində Oğuz rayonu ərazisində 1999-cu il təvəllüdlü Elsevər Məmmədlinin idarə etdiyi “Ford” və 1961-ci il təvəllüdlü Vidadi Qarayevin idarə etdiyi motosiklet toqquşub.
Nəticədə V.Qarayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.
***
Oğuzda yük maşını motosikletlə toqquşub.
Lent.az xəbər verir ki, hadisə Oğuz-Bayan avtomobil yolunda, Bayan kəndi ərazisində qeydə alınıb.
"Ford" markalı yük avtomobili ilə motosiklet toqquşub. Motosikletin sürücüsü, Oğuz şəhər sakini Vidadi Qarayev hadisə yerində ölüb.
Faktla bağlı Oğuz rayon Polis Şöbəsində araşdırma aparılır.