Daha bir rayonda KÜTLƏVİ HƏBSLƏR:  20 nəfər... - FOTO
14 dekabr 2022 15:45 (UTC +04:00)

Daha bir rayonda KÜTLƏVİ HƏBSLƏR: 20 nəfər... - FOTO

Cəlilabadda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbirləri keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Cəlilabad rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumatlar əsasında keçirilmiş əməliyyat tədbirləri nəticəsində son 1 ay ərzində ərzində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 20 nəfər saxlanılıb. Şəxsi axtarış zamanı onlardan ümumilikdə 7 kiloqramdan artıq narkotik maddə aşkar edilərək götürülüb.

Onlardan 15 nəfəri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktlarla bağlı Cəlilabad rayon Polis Şöbəsində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Saxlanılan şəxslərin cinayət əlaqələrinin müəyyən edilməsi, həmçinin rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulması istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

# 4620
avatar

Oxşar yazılar