Azərbaycanda minik avtomobili istehsalı artıb.
Dövlət Statistika Komitəsindən Lent.az-a verilən məlumata görə, bu il avtomobil, qoşqu və yarımqoşqu istehsalı 24.3 faizazalıb.
Maşın və avadanlıqların, digər nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 299,5 milyon manatlıq məhsul istehsal edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 5,2 faiz artıb. Digər nəqliyyat vasitələrinin istehsalı 10,0 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 24,3 faiz azalıb. Dövr ərzində 901 ədəd traktor, 2072 ədəd minik avtomobili istehsal olunub.