Mariya Stadnik karyerasını bitirdi
02 fevral 2025 23:44 (UTC +04:00)

Mariya Stadnik karyerasını bitirdi

Dünya güləşinin canlı əfsanəsi, Azərbaycan güləşində 17 ildən artıq xidmət etmiş, rekordlarla zəngin karyeraya sahib Mariya Stadnik idmançı kimi fəaliyyətini başa vurub.

Lent.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası sosial şəbəkədə məlumat paylaşıb.

Məlumatda deyilir:
"Azərbaycan idmanının yeganə 5 qat Olimpiada iştirakçısı, yeganə 4 qat Olimpiya medalçımız, 2 qat dünya və 10 qat Avropa çempionu, Avropa Oyunlarının və İslam Həmrəyliyi Oyunlarının 2 qat qalibi nəinki ölkəmizdə, dünyanın bir çox ölkələrində qadın güləşçilər üçün mübarizə əzmi, əsl idmançı intizamı və çalışqanlığı ilə nümunə, kumir oldu.

Azərbaycan Güləş Federasiyası ölkə güləşinə verdiyi töhfəyə, qazandığı uğurlarla bir çox yeniyetmə və gənc güləşçilərə ilham mənbəyi olduğuna görə Mariya Stadnikə təşəkkürünü bildirir.

İnanırıq ki, o, zəngin təcrübəsi ilə bundan sonra da Azərbaycan güləşinin inkişafına dəstək olacaq.

Hər şey üçün çox sağ ol, Mariya!"

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 387

Oxşar yazılar