Naxçıvanda "Jiquli" piyadanı vurdu: Vəziyyəti ağırdır
02 fevral 2025 21:14 (UTC +04:00)

Naxçıvanda "Jiquli" piyadanı vurdu: Vəziyyəti ağırdır

Naxçıvan şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə şəhərin Əliabad qəsəbəsi ərazisindəki magistral yolda baş verib.

75-BF-034 dövlət nömrə nişanlı "VAZ2107" markalı avtomobil yolu keçən Naxçıvan şəhər sakini, 34 yaşlı Kərimli Saday Musa oğlunu vurub.

Ağır bədən xəsarətləri alan S.Kərimli Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib, vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 510

Oxşar yazılar