“Tbilisi Mall”ın ətrafında GƏRGİNLİK,  saxlanılanlar var -VİDEO
02 fevral 2025 18:43 (UTC +04:00)

“Tbilisi Mall”ın ətrafında GƏRGİNLİK, saxlanılanlar var -VİDEO

Tbilisidə xüsusi təyinatlı polis dəstələri strateji əhəmiyyətli yolu bağlamağa çalışan etirazçılara müdaxilə edib.

Lent.az-ın məlumatına görə, APA-nın Tbilisi müxbiri xəbər verir ki, “Tbilisi Mall”ın yaxınlığına toplanan etirazçılar paytaxtın şimal girişi olan Aqmaşenebeli prospektini bağlamağa cəhd ediblər. Etirazla əlaqədar əraziyə yüzlərlə polis xüsusi təyinatlısı cəlb olunub, çox sayda saxlanılanlar var. Gürcüstan DİN etirazçılara müraciət edərək qanunla müəyyən edilən çərçivəni aşmamağa çağırıb və strateji əhəmiyyətli yolun bağlanmasının cinayət məsuliyyətinə cəlb olunma ilə nəticələnəcəyinə dair xəbərdarlıq edib. Hazırda ərazidə gərginlik davam edir.

Etirazçılar aksiyalar zamanı saxlanılanların azadlığa buraxılmasını, yeni seçkilərin keçirilməsi kimi tələblər irəli sürürlər. Polisin müdaxiləsi zamanı xəsarət alanların olduğu bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 708

Oxşar yazılar