La Liqanın 22-ci turunda "Real" səfərdə "Espanyol"a uduzub.
Lent.az-ın xarici mətbuata istinadla xəbərinə görə, buna baxmayaraq, Madrid komandası öz klub rekordunu müəyyənləşdirib. Karlo Ançelottinin komandası 76 faiz topa sahib olub ki, bu da 2005/06 mövsümündən bəri səfərdə ən yaxşı göstəricisidir.
Onu da qeyd etmək lazımdır ki, gözlənilən qollar modelinə görə, “Real” 1.79 xG, “Espanyol” isə cəmi 0.31 xG toplayıb.
- Kriştiano Ronaldo Sevgililər günündə sevgilisi ilə FOTOSUNU paylaşdı
- Sosial mediada tanış olub evlənən yaşlı kişinin həyatı kabusa çevrildi
- Qeyri-adi boşanma: Ər nə etdi ki, arvad bağışlaya bilmədi?
Məğlubiyyətə rəğmən, “Kral klubu” hələ də birinci yerdədir, bununla belə, “Atletiko” ilə aralarındakı fərq cəmi bir xaldır.