Yolda qəzaya ən çox məruz qalan, ən təhlükəli və ən çox ölümlə nəticələnən qəzaların törədildiyi avtomobillər məlum olub.
Lent.az xəbər verir ki, siyahının başında olan avtomobillər digər avtomobillərə nisbətən beş dəfə daha çox ölümlə nəticələnən qəzalara uğrayıb.
Tədqiqatın nəticələrinə görə, siyahıdakı ilk beş avtomobildə ölümlə nəticələnən qəza nisbətləri o biri nəqliyyat vasitəsindən demək olar ki, beş dəfə yüksəkdir.
Siyahı Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi Administrasiyasının məlumatlarından istifadə etməklə tərtib edilib.
Tədqiqatın nəticələrini paylaşan “iSeeCars” qeyd edir ki, avtomobil təhlükəsizliyi son iyirmi ildə əhəmiyyətli dərəcədə yaxşılaşıb. Hazırda ölüm nisbəti hər milyard mildə 2,8 təşkil edir.
Qəzalarda ən çox iştirak edən avtomobillərin siyahısını sizə təqdim edirik:
- “TOYOTA VENZA” digər avtomobillərdən 2 dəfə çox qəza törədib,
- “INFINITI Q50” 2 dəfə daha çox,
- “TESLA MODEL S” 2 dəfə daha çox,
- “TOYOTA PRIUS” 2.1 dəfə daha çox,
- “DODGE CHARGER” 2.1 dəfə daha çox,
- “FORD BRONCO SPORT” 2.2 dəfə daha çox,
- “FORD BRONCO” 2.3 dəfə daha çox,
- “KIA SELTOS” 2.4 dəfə daha çox,
- “KIA K5” 2.5 dəfə daha çox,
- “NISSAN VERSA” 2.5 dəfə daha çox,
- “CHEVROLET CAMARO” 2.6 dəfə daha çox,
- “TOYOTA COROLLA HİBRİD” 2.6 dəfə daha çox,
- “KIA SOUL” 2.6 dəfə daha çox,
- “BUICK ENVİSİON” 2.8 dəfə daha çox,
- “KIA FORTE” 2.9 dəfə daha çox,
- “BUICK ENCORE GX” 3.4 dəfə daha çox,
- “MITSUBISHI MIRAGE G4” 3.6 dəfə daha çox,
- “TESLA MODEL Y” 3.7 dəfə daha çox,
- “HONDA CR-V HYBRID” 4.6 dəfə daha çox,
- “PORSCHE 911” 4.8 dəfə daha çox,
- “MITSUBISHI MIRAGE” 4.8 dəfə daha çox,
- “CHEVROLET CORVETTE” 4.8 dəfə daha çox,
- “HYUNDAI VENUE” 4.9 dəfə daha çox.