Mütəxəssislər on milyonlarla dörd rəqəmli parolu təhlil edərək onlardan ən populyarını açıqlayıblar.
ABC jurnalistləri dünyanın hər yerindən istifadəçilər tərəfindən ən çox istifadə edilən dörd rəqəmli parolların siyahısını tərtib ediblər.
Lent.az xarici mediaya istinadla bildirir ki, məlumatları aşkar etmək üçün istifadə edilən Have I Been Pwned veb saytından 29 milyon parolun təhlilindən əldə edilib.
Ən populyar 4 rəqəmli parollar
Ən çox yayılmış dörd rəqəmli PİN kodu sadə kombinasiya 1234-dür. Ondan dünyada hər onuncu insan istifadə edir.
İkinci ən populyar PİN kodu 0000, üçüncüsü 1111-dir. İlk onluğa 1212 və 4444 də daxil olub. 4321 koduna da tez-tez rast gəlinir - onlar ilk dörd rəqəmi qarışdırırlar, məsələn, 1342. Yeri gəlmişkən, 1342 ən populyar dördüncü PİN koddur.
Qeyd etmək lazımdır ki, bu cür PİN kodlar saytların təhlükəsizlik qaydalarına görə xidmətlərdə və ya sosial şəbəkələrdə qeydiyyatdan keçmək üçün istifadə edilmir-onlar daha uzun və daha mürəkkəb parollar tələb edirlər. 4 rəqəmli kodlar, ümumiyyətlə, bir smartfonun və hər hansı digər cihazın qorunması kimi, həmçinin onlayn bankların şəxsi hesabına girmədən əvvəl istifadə olunur.
ABC yazır: "Ən çox istifadə edilən PIN-kodlarr heyrətamiz dərəcədə populyardır, yəni telefonlar və bank kartları yanlış əllərə düşəndə onları təxmin etmək xüsusilə asandır".
Jurnalistlər ilk iki və son iki yerdə hansı rəqəmlərin daha çox olduğunu aydın şəkildə göstərən qrafik təqdim ediblər. 19 və 20 birləşmələrini xüsusilə qeyd edilib - onlar çox populyardır, çünki istifadəçilər hasısa ili PİN kod kimi təyin edirlər, məsələn, doğum ili.
Belə kodların ilk onluğuna 1986 və 2004-cü illər daxildir. Məlum olub ki, 5-dən 8-ə qədər olan rəqəmlər digərlərindən daha az yayılıb.
Həmçinin ən pis PİN kodlar arasında 2580-dir. Mürəkkəb görünür, lakin bu, smartfonun klaviaturasında sadəcə düz şaquli xəttdir.
“10.000 mümkün kombinasiya olsa da, iş insanlara gəldikdə, bu tənlik kəskin şəkildə pozulur. Əgər kimsə oğurlanmış telefonun kilidini açmaq və ya bankomatdan pul almaq istəsə, yalnız beş cəhd verildikdə, onun düzgün kodu təxmin etmək şansı 1/8 olur”, - məlumatda vurğulanır.