Gəncədə mikroavtobusla minik maşının toqquşması zamanı xəsarət alanların kimliyi məlum olub.
Lent.az-ın APA-ya istinadən məlumatına görə, xəsarət alanlar 33 yaşlı J.Zeynalova, 52 yaşlı M.Abbasova, 61 yaşlı Z.Orucova və daha iki nəfərdir.
Yaralıların birinin vəziyyətinin ağır olduğu bildirilir.
Qeyd edək ki qəzaya düşən mikroavtobus 28 saylı xətt üzrə işləyən avtobus olub.
Qəza zamanı mikroavtobusda sərnişinlər olub.
***
19:30
Xəbərə fotolar əlavə edilib.
***
19:08
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az-ın APA-ya istinadən məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.
Hərəkətdə olan VAZ markalı minik maşını ilə "Mercedes" markalı mikroavtobus toqquşub.
Qəza zamanı bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.