Zaporojyedə hüquq-mühafizə orqanlarının əməkdaşları xaricdə olan ata və böyük oğlunun pulunu ələ keçirmək üçün kriptovalyuta ilə məşğul olan kiçik oğlunun qaçırılmasına göstəriş verdiyi cinayət sxemini ifşa edib.,
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə Ukrayna Milli Polisi məlumat yayıb.
“Sifarişçilərin planlarına görə, kiçik qardaş oğurlanaraq onlara kripto pul kisəsinə çıxışı olan və içərisində 500.000 dollar olduğu iddia edilən fləş diski verməyə məcbur etmək üçün işgəncələrə məruz qalmalı idi”.
Əməliyyatçılar əməliyyatın “uğurlu” olduğunu təsdiqləmək üçün böyük qardaşa qanlı fotolar göndərərək adam oğurluğunu təşkil ediblər. Bundan sonra ata keçmiş arvadına müraciət edərək oğlunun azadlığa buraxılması üçün fləş diski ona verməsini və pul köçürməsini tələb edib. Sifarişçilər sübutları aldıqdan sonra ikinci tranşı “icraçıya” köçürüblər.
Hazırda ata və böyük oğula qarşı qiyabi hədə-qorxu ilə tələb olunması ittihamı, axtarış elan edilməsi üçün materiallar hazırlanır. Cinayətlərinə görə onları əmlakı müsadirə olunmaqla 12 ilədək həbs cəzası gözləyir.