İspaniyanın xarici işlər naziri Xose Manuel Albares ölkənin Belçikadakı səfiri Alberto Antonu nazirin Madriddə illik diplomatik konfransda bir saatlıq çıxışı zamanı yuxuya getdiyi üçün işdən çıxarıb.
Lent.az-ın xarici mdiaya istinadla məlumatına görə, hadisə bu ilin yanvarında baş verib. Yatan səfir hadisəni lentə alan operatorların kamerasına düşüb, bundan sonra sosial şəbəkələrdə əsnəyərək yatan Alberto Antonun qısa videoları yayımlanıb.
Jurnalistlər qeyd edirlər ki, xarici işlər nazirinin idarəsinin əməkdaşının planlaşdırılmamış siestaya reaksiyası onun həmkarlarına qarşı “səlib yürüşü”ndə son addımdır. Albares "mini Napoleon" adlanır və nazirlikdə "terror atmosferi" yaratmaqda ittiham olunur. Bu yaxınlarda yeddi yüksək səviyyəli diplomatı "Şəxsi təhqirlərinə görə" işdən çıxarıb.
"O, 15-20 il əvvəl baş verənləri unutmur: ofisə girəndə kimsə salam vermədi, kimsə işə yaraşmayan geyinib gəldi və ya nalayiq söz dedi. Hər şeyi yadda saxlayır və sonda səni cəzalandırır. Deyəsən, indi o, bütün karyerasının incikliklərini xatırlamağa çalışır”, - nazirdən qisas almaq qorxusundan adının açıqlanmasını istəməyən diplomat bildirib.
Adının açıqlanmasını istəməyən başqa bir diplomat isə jurnalistlərə deyib ki, Albaresin bütün məmurlardan ibarət “qara siyahı” var.
"Biz onu Monte-Kristonun gündəliyi adlandırırıq və onun yazdığı hər kəsdən qisas alınır", - mənbə bildirib.
Bundan əlavə, Albares sosialistdir və monarxiya ilə “öz qaydasında” mübarizə aparmağa hazır görünür.
“İspaniyanın Xorvatiyadakı səfiri Xuan Qonsales-Barba da “El Confidencial” qəzetində İspaniya kralı VI Felipenin müdafiəsi ilə bağlı məqalə dərc edildikdən sonra sosialist nazirin növbəti qəzəbinin qurbanı oldu”, - məluatda qeyd edilir.
O da məlumdur ki, Böyük Britaniya kraliçası Yelizaveta vəfat edəndə Albares Londondakı ispan diplomatlarına monarxın ölümü ilə bağlı şərh verməyi qadağan edib. Bundan əvvəl o, İspaniya mətbuatında mərhum kraliça haqqında söylədiyi fikirlərə görə Londondakı Servantes İnstitutunun rəhbərini danlayıb.