“Əvvəlcə Olimpiya çempionumuz Hidayət Heydərovu təbrik edirəm. Dünən onu izlədim və çox böyük zövq aldım. Bu cür uğur əldə etmək düşünürəm ki, digər idmançılar üçün də motivasiyadır”.
Lent.az xəbər verir ki, bu sözləri “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin matçında “Linkoln” klubuna 5:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
“Bu günkü oyuna gəldikdə isə futbolçularımı təbrik edirəm. Nizam-intizamlı, səliqəli oyun oldu. Tribunada azarkeşlərin çox olması bizə əlavə motivasiya verdi. Avrokuboklarda çıxış edən digər təmsilçilərimizə də uğurlar arzulayıram. Əlbəttə ki, hazırda gikrimiz daha çox Avropa oyunlarında olur. Amma premyer liqa oyunlarına da hazırlaşırıq. Düşünürəm ki, maraqlı çempionat olacaq”.