"Yuventus"un hücumçusu Arkadiuş Milik son vaxtlar aldığı zədələrə baxmayaraq komandada oynamağa davam edəcək. Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Milikin "Yuventus"la müqaviləsi artıq 2027-ci ilin yayının sonuna qədər davam edəcək. Polşalı hücumçu 2022/23 mövsümünün əvvəlində "Yuventus"a qoşulub və keçən il İtaliya kubokunda qələbə qazanmasına töhfə verib.
Milik zədə səbəbindən bu mövsüm hələ ki oyunlarda iştirak etmək imkanı qazanmayıb. Ötən il o, Polşa millisinin təlim-məşq toplanışı zamanı dizindən ciddi zədə alıb. Onun bu il ayaq biləyinin zədələnməsi və əzələləri ilə bağlı problemləri də var.