Partlayıcı maddə keçirmək cəhdinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, Gürcüstandan idarə etdiyi "Ford Transit" markalı avtomobil ilə gələn Azərbaycan vətəndaşı "Qırmızı Körpü" gömrük postunda saxlanılıb və şifahi sorğu-sual edilib.
Sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.
Daha sonra avtomobilə gömrük baxışı keçirilib. Nəqliyyat vasitəsinin salonunda - torpedonın və salondakı döşəkçənin içərisində gömrük nəzarətindən gizlədilən 4872 ədəd müxtəlif markalı pirotexniki vasitələr aşkarlanıb.