İtkin düşən qızlar axtarılır
18 dekabr 2019 11:50 (UTC +04:00)

İtkin düşən qızlar axtarılır

Tərtərdə yenityetmə qız itkin düşüb.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, Göyçay rayonunda anadan olan 2002-ci il təvəllüdlü Fatma Məmmədova noyabrın 30-da yaşadığı Tərtər rayonunda yerləşən fərdi evdən çıxaraq bir daha geri qayıtmayıb. 

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Tərtər Rayon Polis Şöbəsinə 022-236-30-34 və (055) 211-66-36 nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

 

***

Daha bir itkin Lənkəranda qeydə alınıb.

Lent.az-ın məlumatına görə, Lənkəran rayonu Ləj kənd sakini Taleh Xanmədov Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək bacısı, Şiləvar kəndində yaşayan, 1996-cı il təvəllüdlü Şəhla Xanmədova dekabrın 9-da yaşadığı evdən çıxaraq getdiyini və bir daha geri qayıtmadığı bildirib.

Daxil olan məlumat əsasında araşdırmalara başlanıb.

Ş.Xanmədovun ailəli olduğu bildirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1192

Oxşar yazılar