ABŞ-da polis rəisi hakimi öldürüb.
Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə Kentukki ştatında baş verib. 43 yaşlı polis rəisi Miskey Stines uzun illərdir dostluq etdiyi hakim 54 yaşlı Kevin Mullinsə iş otağında tapançadan 8 dəfə atəş açıb.
Nəticədə Mullins ölüb. Hadisədən sonra Stines könüllü polisə gedərək təslim olub. O, verdiyi ifadədə “Mənimlə ədalətli davranın. Arvad-uşağımı qaçıracaqlar” deyə qəribə sözlər səsləndirib.
Məlumata görə, Stines uzun illər öldürdüyü hakim Mullinsin katibi işləyib. 2018-ci ildə isə şəhərin polis rəisi seçilib.
Günahı sübuta yetiriləcəyi təqdirdə onu edam cəzası gözləyə bilər. Hazırda araşdırma aparılır.
Miskcey Stines
Kevin Mullins