Ukraynada qarşı cəbhələrdə vuruşan 2 azərbaycanlı  həlak oldu
03 oktyabr 2024 10:30 (UTC +04:00)

Ukraynada qarşı cəbhələrdə vuruşan 2 azərbaycanlı həlak oldu

Ukraynada daha 2 azərbaycanlı döyüşlərdə ölüb.

Lent.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə yayılıb.

Qeyd olunur ki, Novruzov Surət Baba oğlu bir neçə gün əvvəl Ukrayna müharibəsində həyatını itirib. 

O, doğulduğu Kəngərli rayonu Qıvraq kəndində dəfn edilib.

Həmçinin Qaradağ rayonu Ələt qəsəbəsindən olan Cəfər Süleymanov da Ukraynada gedən döyüşlərdə dünyasını dəyişib. O, sentyabrın 20-də həlak olsa da, ailəsinə məlumat bir neçə gün sonra verilib.

Mərhum uzun müddət Rusiyada yaşayıb və vətəndaşlıq alıb. O, Rusiya tərəfindən döyüşlərə qatılıbmış.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1302
avatar

Oxşar yazılar