Bakıda qəbiristanlıqda QƏTL:  məktəblini öldürdü - YENİLƏNİB
03 oktyabr 2024 10:16 (UTC +04:00)

Bakıda qəbiristanlıqda QƏTL: məktəblini öldürdü - YENİLƏNİB

Bakıda məktəblinin qətli ilə bağlı cinayət işi başlanıb. 

Sabunçu rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, oktyabrın 2-si Sabunçu rayonu ərazisində yetkinlik yaşına çatmayan R.B-nin (şərti) almış olduğu xəsarətdən müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla yetkinlik yaşına çatmayan K.N-nin (şərti) rayonun Zabrat qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı bıçaqla bud nahiyəsinə xəsarət yetirməsi nəticəsində R.B-nin (şərti) müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb, K.N (şərti) iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

***

saat 09:29

Bakıda törədilən qətllə bağlı yeni fakt məlum olub. 

Lent.az-ın əldə etdiyi məlumata görə, qətlə yetirilən Həsən Quliyev 71 saylı orta məktəbin şagirdidir. 

Hadisə məktəbin yaxınlığındakı qəbiristanlıqda baş verib. 

***

2 sentyabr, saat 16:21

Oktyabrın 2-də saat 14 radələrində paytaxtın Sabunçu rayonu ərazisində 2008-ci il təvəllüdlü Həsən Quliyevin kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Lent.az-a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən onun həmyaşıdı Yasin Mirzəyev saxlanılıb.

Araşdırma aparılır.

Qeyd edək ki, dünən axşam saatlarında Sabunçu rayonu ərazisində marketlərdən birinin qarşısında 20 yaşlı Xəyal Nağıyev bıçaqlanıb. O, aldığı xəsarətlərdən bu gün səhər Sabunçu Tibb Mərkəzində dünyasını dəyişib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4398
avatar

Oxşar yazılar